"Bu, bizim üçün bir şansdı" - "Kəpəz"in futbolçusu

"Bu, bizim üçün bir şansdı" - "Kəpəz"in futbolçusu

"Məşqlər çox yüksək səviyyədə keçir, hər şey əladı. Ərzurumda toplu məşqlərlə üstünlük verib, texniki və taktiki hazırlıq üzərində işləyirik". Fanat.az xəbər verir ki, bu sözləri “Kəpəz”in gənc futbolçusu Tural Rzayevə deyib.

Komandanın Türkiyədəki təlim-məşq toplanışını klubun mətbuat xidmətinə dəyərləndirən hücumameylli yarımmüdafiəçi Şahin Diniyevlə işləməyin onlar üçün fürsət olduğunu deyib. Rzayev hazırlıq prosesində təcrübəli baş məşqçinin əməyini yüksək qiymətləndirib: “Şahin müəllimlə işləmək əlbətdə ki, bizim xeyrimizədi. Bu, bizim üçün bir şansdı. Diniyev sözünü demiş məşqçidi. Fikrimcə, biz gənclər onun rəhbərliyi altında çox şey öyrənəcəyik. Məşqlərdə futbolçulara dəyərli məsləhətlər verir, yol göstərir”.

Qeyd edək ki, 22 yaşlı futbolçu “Kəpəz”ə Gəncədə təşkil olunan seleksiya toplanışından sonra düşüb. Tural 30-dan çox namizəd arasından seçilən üç oyunçudan biridi. Rzayev özünü Bakıda keçirilən yoxlama oyunlarında da yaxşı tərəfdən göstərməyi bacarıb. O, AZAL və 19 yaşlılardan ibarət Azərbaycan yığması ilə görüşlərdə qol vurub: “Komandaya dəvət alan bütün gəncəli futbolçular kimi mənim üzərimə də daha çox iş düşür. Azarkeşlər bizi diqqətdə saxlayacaqlar. Gəncə doğma şəhərimizdi, çalışacağıq ki, şəhərimizin adına layiq futbol sərgiləyək. Bunun üçün var gücümüzlə çalışırıq”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər