"Beşiktaş" axtardığı oyunçunu İspaniyada tapdı

"Beşiktaş" axtardığı oyunçunu İspaniyada tapdı

“Beşiktaş” “Rayo Valyekano”nun yarımmüdafiəçisi Pate Sisi rənglərinə bağlamaq istəyir.

Fanat.Az xəbər verir ki, informasiyanı “Marca” yayıb.

32 yaşlı futbolçunun İspaniya klubundan ayrılmağa və başqa komandaya keçməyə maraq göstərir. Ancaq “qırmızı zolaqlılar” Sis üçün 10 milyon avroluq sərbəstqalma maddəsinin ödənilməsini istəyir.

Qeyd edək ki, seneqallı futbolçu 2021-ci ildən La Liqa klubunda çıxış edir. O, 181 matça çıxaraq, 11 qol vurub və 7 məhsuldar ötürməyə imza atıb.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər