"Ayaks"ın kapitanı getdi - RƏSMİ

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

"Ayaks"ın kapitanı Cordan Henderson Niderland təmsilçisini tərk edib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı Amsterdam klubunun mətbuat xidməti yayıb.

İngiltərə millisinin 35 yaşlı üzvü ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 

Qeyd edək ki, Henderson son mövsümdə "Ayaks"ın forması ilə bütün turnirlərdə 45 matça çıxaraq 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə "Sanderlend", "Koventri Siti", "Liverpul" və "Əl-İttifaq"ın da uğurları üçün çalışıb. Azarkeşlər sözügedən futbolçunu daha çox 2011-2023-cü illər aralığında şərəfini qoruduğu "Liverpul"dan tanıyırlar.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər