“Neftçi”nin yarımmüdafiəçisi Elşən Abdullayev klubun rəsmi saytına açıqlama verib. Fanat.az xəbər verir ki, o, “Alanyaspor”la yoxlama oyunu (1:1) haqda fikirlərini bölüşüb:
“Fikrimcə, oyunumuz pis alınmadı. Düzdü, görüş heç-heçə qurtardı, amma yoxlama oyunlarında nəticə önəmli deyil. Komanda daha çox gənclərdən təşkil olunub və baş məşqçimiz bütün ehtiyat futbolçuları sınadı. Çalışırıq “Kəpəz”lə oyunadək tam hazır olaq”.
Fanat.az