Premyer Liqada oynamış müdafiəçi "Marafon"a qoşuldu

Premyer Liqada oynamış müdafiəçi "Marafon"a qoşuldu

İkinci Liqada debüt edəcəyinə baxmayaraq, iddialı heyət formalaşdıran "Marafon" yeni transfer reallaşdırıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, keçmiş "İnter"in və "Qəbələ"nin heyətində Premyer Liqada oynayan, həmçinin, "Sabah", "İmişli" kimi klublarda çıxış edən Ülvi İbazadə Sabirabad təmsilçisi ilə anlaşıb.

29 yaşlı cinah müdafiəçisinin son komandası ötən mövsüm oynadığı MOİK olub.

Qeyd edək ki, "Marafon" Region Liqasının son finalçısıdır.  

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər