PFL prezidenti postuna seçkinin tarixi və məkanı bilindi

PFL prezidenti postuna seçkinin tarixi və məkanı bilindi

Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna seçkilər keçiriləcək. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, seçkinin vaxtı və yeri dəqiqləşib.

Qurumun (yeni) başçısı iyulun 24-də müəyyənləşəcək. Sözügedən posta PFL-in hazırkı prezidenti Elxan Səmədov namizəddir.

Seçkidə AFFA rəhbərliyi və Premyer Liqa klublarının nümayəndələrinin iştirakı nəzərdə tutulub. Bununla bağlı, klublara bildiriş göndərilib. Orada tədbirin vaxtı və yeri qeyd olunub. Beləliklə, seçki "Holiday İn Baku" hotelində baş tutacaq və saat 12:00-da başlayacaq.

 PFL prezidenti postuna seçkinin tarixi və məkanı bilindi Qeyd edək ki, PFL-in hazırkı prezidenti Elxan Səmədov 2022-ci ildə bu vəzifəyə seçilib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər