PFL prezidenti postuna seçki keçirilir

PFL prezidenti postuna seçki keçirilir

Bu gün Peşəkar Futbol Liqasına (PFL) yeni prezident seçkisi keçiriləcək.

Fanat.Az-ın məlumatına görə, seçki "Holiday İn Baku" hotelində baş tutacaq və saat 12:00-da başlayacaq.

Tədbirdə Azərbaycan Premyer Liqası, Birinci Liqa və İkinci Liqa klublarının nümayəndələri iştirak edəcək. Yığıncağın gündəliyində Peşəkar Futbol Liqasının İctimai Birliyinin hesabatının dinlənilməsi, icra orqanının seçilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Qurumun ümumi yığıncağında həmçinin, klubların təklif və fikirləri də nəzərdən keçiriləcək.

Qeyd edək ki, PFL-in hazırkı prezidenti Elxan Səmədov 2022-ci ildə bu vəzifəyə seçilib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər