Paytaxt klubu yetirməsi ilə vidalaşdı

Paytaxt klubu yetirməsi ilə vidalaşdı

Ötən mövsüm Premyer Liqaya dönüşünü reallaşdıra bilməyən "Səbail" heyətini yeniləməyə davam edir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi yetirməsi Azad Əsgərovla yollarını ayırıb. 

20 yaşlı yarımmüdafiəçinin yeni klubu da bəllidir. O, bundan sonra "Şahdağ Qusar"ın uğurları üçün çalışacaq.

"6 nömrə" ötən mövsüm "Səbail"in heyətində 17 oyuna çıxıb. Gənc futbolçunun Premyer Liqada debüt imkanı da olub. Maraqlıdır ki, o, 2024-cü ilin noyabrında "Səbail"in heyətində "Qarabağ"a qarşı (0:3) forma geyib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər