Niderland Özbəkistanı məğlub etdi, amma qapıçısını itirdi

Niderland Özbəkistanı məğlub etdi, amma qapıçısını itirdi

Niderland millisi 2026-cı il dünya çempionatının startı ərəfəsində son sınağını keçirib. 

Fanat.Az xəbər verir ki, "narıncılar" Nyu-Yorkda Özbəkistanı 2:1 hesabı ilə məğlub ediblər. 

Niderland 31-ci dəqiqədə Kodi Qakpo tərəfindən qola çevrilən penalti sayəsində hesabda irəli çıxıb. Sonluq dramatik alınıb. Qus Til əllə oynadığına görə meydandan qovulub və nəticədə Özbəkistan 91-ci dəqiqədə hesabı bərabərləşdirib. Lakin 97-ci dəqiqədə Qakpo yenə penaltidən fərqlənərək dubl etməklə yanaşı, komandasına qələbə qazandırıb. 

Niderland görüşdə ciddi itki ilə üzləşib. 67-ci dəqiqədə əsas qapıçı Bart Verbruggen zədə səbəbindən meydanı tərk edib. Onun dünya çempionatında iştirakı şübhə altındadır.

Qeyd edək ki, Niderland yığması dünya çempionatında ilk oyununu iyunun 15-də Yaponiyaya, Özbəkistan isə iyunun 18-də Kolumbiyaya qarşı keçirəcək. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər