Nagelsman Almaniyanın Ekvadora məğlubiyyətini belə şərh etdi

Nagelsman Almaniyanın Ekvadora məğlubiyyətini belə şərh etdi

Hazırda davam edən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Ekvadora 1:2 hesabı ilə uduzan Almaniya millisinin baş məşqçisi Yulian Nagelsman məğlubiyyəti dəyərləndirib.

Fanat.Az xəbər verir ki, FİFA-nın rəsmi saytı onun mətbuat konfransında dediklərini belə çatdırıb:

"Matça yaxşı başladıqdan və erkən qol vurduqdan sonra sakit davranmalı olduğumuzu öyrənməliyik. Meydanda çox improvizə etdik. Halbuki, daha səbirli olmalıyıq. Bu anlarda topu tez-tez itirsək, bugünkü kimi, çox çətin olur".

Almaniya millisi məğlubiyyətə baxmayaraq, öz qrupunda birinci yeri (6 xal) tutaraq pley-offa yüksəlib, Fil Dişi Sahili komandası (6) isə ikinci yeri tutub. Ekvador (4 xal) üçüncü, Kurasao (1 xal) qrup sonuncusu olub.

ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər