Bu gün Misli Premyer Liqasında 4-cü tur start götürüb.
Fanat.Az xəbər verir ki, açılış oyunu Bayılda baş tutub.
Günün yeganə qarşılaşmasında autsayderlər "Səbail"lə "Kəpəz" üz-üzə gəliblər.
Turnir cədvəlinin son iki pilləsində qərarlaşan komandaların duelində sevinən tərəf "Səbail" olub. Şahin Diniyevin komandası qərb təmsilçisini 4 cavabsız qolla yenib.
Beləliklə, "Kəpəz" bu mövsüm keçirdiyi dördüncü oyununu da qol vurmadan və xal qazanmadan tərk edib.
Qeyd edək ki, turun qalan oyunları şənbə və bazar günləri keçiriləcək.
Misli Premyer Liqası 4-cü tur 23 avqust
“Səbail” – “Kəpəz” 4:0
Qollar: Fərid Nəbiyev, 12. Sofir, 34. Bouali, 49. Alluş, 52.
"Səbail": 1. Hüseynəli Quliyev, 8. Qorka Laruçça, 44. Amir Bilali, 3. Dmitro Litvin, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 5. Gitay Sofir, 21. Ayman Bouali, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 14. Suleyman Alluş Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 10. Qomis David, 6. Cabir Əmirli, 7. Madi Queta, 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov Baş məşqçi: Şahin Diniyev
"Kəpəz": 22. Məmməd Hüseynov, 2. İlkin Qırtımov, 11. Orxan Əliyev, 7. Ehtiram Şahverdiyev, 78. Yeqor Kvalko (k), 8. Elmir Tağıyev, 10. Karim Lkouça, 19. Lassana Ndiaye, 88. Keverton Markolino, 77. Viktor Braqa, 17. Ümid Səmədov Ehtiyat oyunçular: 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 99. Əli Səmədov, 28. Redon Mihana, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov, 66. Arzu Atakişiyev, 44. Nihat Fərəci Baş məşqçi: Adil Şükürov.
Hakimlər: Rauf Allahverdiyev, Eyyub İbrahimov, Asiman Əzizli, Elvin Bayramov VAR: Rauf Cabarov AVAR: Rəhman İmami Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov “ASCO Arena”