Mourinyunun "Real Madrid" planı bəlli oldu

Mourinyunun "Real Madrid" planı bəlli oldu

"Real Madrid"in sükanı arxasına keçən Joze Mourinyunun İspaniya nəhəngində tətbiq edəcəyi taktiki sistem və planlar bəlli olub.

Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis "kral klubu"nda daha çox 4-2-3-1 taktiki düzülüşünə üstünlük vermək niyyətindədir.

Mourinyu bu sistemdə komandanın ingilis ulduzu Cud Bellinqemə pleymeyker — "10 nömrə" mövqeyini həvalə etməyi planlaşdırır.

Hatta baş məşqçinin Bellingemlə şəxsən əlaqə saxlayaraq ona Dünya Çempionatında uğurlar arzuladığı və İspaniyada birlikdə çalışmaq üçün səbirsizləndiyini bildirdiyi qeyd olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər