Milli üzvü "Kəpəz"ə "yox" dedi - SƏBƏB

Milli üzvü "Kəpəz"ə "yox" dedi - SƏBƏB

"Kəpəz" 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yarımmüdafiəçisini heyətinə qatmağa cəhd edib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, müqavilə ilə "Neftçi"yə məxsus olan, hazırda icarə əsasında Latviyanın "Dauqavpils" klubunun formasını geyinən Ramin Nəsirlidir.

Gəncə təmsilçisinin rəsmiləri Nəsirlinin agenti ilə əlaqə saxlasalar da, təklif etdikləri maaş 20 yaşlı oyunçunun ürəyincə olmayıb.  O, bu səbəbdən "Kəpəz"ə "yox" deyib.

Əməkhaqqını "Neftçi"dən alan Nəsirlinin "Dauqavpils"lə bu ilin dekabrı ayının 31-dək nəzərdə tutulan icarə müqaviləsindəki xüsusi bəndə əsasən, gənc yarımmüdafiəçi daha sərfəli təklif alacağı halda, iş yerini dəyişə bilər.

Qeyd edək ki, Latviya çempionatında 18 oyuna çıxan Nəsirli 2 qol vurub. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər