Mərakeşdən ehtiyat edən Ronald Kuman Tunislə oyunda nəyə təəccüblənib?

Mərakeşdən ehtiyat edən Ronald Kuman Tunislə oyunda nəyə təəccüblənib?

Niderland millisinin baş məşqçisi Ronald Kuman dünya çempionatının qrup mərhələsində qarşılaşdıqları Tunislə matçda komandasının oyunundan narazı qalıb.

Fanat.Az xəbər verir ki, FİFA-nın saytı Kumanın fikirlərini belə təqdim edib: 

"Qrupda birinci yeri tutmaq istəyirdik, buna nail olduğumuza görə xoşbəxtəm. Ancaq matçda həddindən artıq arxayınlaşmağımıza təəccübləndim. Düşünürəm ki, ilk dəqiqələrdə artıq 2:0 irəli çıxmağımız futbolçuları arxayınlaşdırdı. Bu, daha güclü rəqiblə oyunda bizə problem yarada bilər. Axı 1/16 finalda daha güclü hücum xəttinə malik olan Mərakeşlə qarşılaşacağıq".

Xatırladaq ki, Tunislə F qrupunun oyunu Kanzas-Sitidə baş tutub və Niderlandın 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Narıncılar" 7 xal qazanaraq qrupda birinci yeri tutub. Ronald Kumanın komandası 1/16 finalda Mərakeşlə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər