Mehman Allahverdiyev "Kəpəz"ə ofis verdi

Mehman Allahverdiyev "Kəpəz"ə ofis verdi

"Kəpəz"ə prezident təyin olunmuş Mehman Allahverdiyev komandanın fan-klublarına da biganə qalmayıb. Belə ki, Gəncə klubunun prezidenti klubun eyni adlı fan-klubunu fəaliyyət göstərmək üçün ofislə təmin edib.

"Kəpəz" fan-klubunun rəhbəri Elmar Əliyev Fanat.az-a verdiyi açıqlamada bunları dilə gətirib: "Sağ olsun Mehman müəllim bizə bu şəraiti yaradıb. Artıq işimiz daha rahat görə biləcəyik. Bundan əlavə Mehman müəllim bizə klubun forma və şərflərini də paylayacaq. Biz də komandamıza lazımi dəstəyi verəcəyik".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər