Mehman Allahverdiyev "Kəpəz"də - RƏSMİ

Mehman Allahverdiyev "Kəpəz"də - RƏSMİ

Təcrübəli futbol funksioneri, əməkdar məşqçi Mehman Allahverdiyev yenidən "Kəpəz"ə qayıdıb. 

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, ayrı-ayrı vaxtlarda "sarı-göylər"in baş məşqçisi, vitse-prezidenti və icraçı direktoru olan Allahverdiyev bu dəfə klubun idman direktoru vəzifəsinə təyinat alıb.

Onunla bir illik müqavilə imzalanıb.

Xatırladaq ki, "Kəpəz" müstəqillik dönəmində ən böyük uğurlarını Mehman Allahverdiyevin rəhbərliyi altında qazanıb. Qərb təmsilçisi 3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun qalibi olub, çempionatın gümüş və bürünc medallarını qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər