Məhəmməd Salah Türkiyə yolunda - "Fənərbağça"nı yox, digər İstanbul nəhəngini seçdi

Məhəmməd Salah Türkiyə yolunda - "Fənərbağça"nı yox, digər İstanbul nəhəngini seçdi

"Liverpul"un keçmiş hücumçusu Məhəmməd Salah karyerasını Türkiyədə davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, bu iddianı türkiyəli jurnalist Kaya Temel səsləndirib.

Mənbənin məlumatına görə, misirli ulduz futbolçu "Beşiktaş"a keçməyə yaxındır. Tərəflər arasında mümkün sövdələşmənin maliyyə şərtləri ilə bağlı fikir ayrılıqları olsa da, danışıqlar davam edir. Salahın agentinin İstanbula gəldiyi və "Beşiktaş" nümayəndələri ilə şəxsi görüş keçirdiyi bildirilir.

Salah "Liverpul"da doqquz mövsüm keçirib, komanda ilə Çempionlar Liqası, Premyer Liqa, İngiltərə Kuboku və UEFA Super Kubokunu qazanıb. Misirli futbolçu ötən mövsüm 41 oyunda iştirak edib, 12 qol vurub və 10 məhsuldar ötürmə edib. "Transfermarkt" 34 yaşlı Salahın dəyərini 22 milyon avroya qiymətləndirir. Hazırda azad agent olan futbolçunun adı "Fənərbağça" ilə də hallandırılır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər