Məhəmməd Salah Türkiyə nəhəngində - Anlaşmanın detalları bəlli oldu

Məhəmməd Salah Türkiyə nəhəngində - Anlaşmanın detalları bəlli oldu

Misir millisinin vingeri Məhəmməd Salah karyerasını Türkiyə nəhəngində davam etdirəcək.

Fanat.Az xəbər verir ki, bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, 34 yaşlı futbolçu “Beşiktaş” ilə razılığa gəlib.

Salahın 2026/2027 mövsümünü əhatə edəcək müqavilə imzalayacağı, anlaşmada daha bir il uzadılma bəndinin də yer alacağı gözlənilir. Misirli ulduz futbolçu mövsümə 10 milyon avro maaş alacaq. Müqavilədə əlavə 2 milyon avro məbləğində bonuslar da nəzərdə tutulub.

Qeyd edək ki, "Beşiktaş" ötən mövsüm Türkiyə Superliqasını 4-cü pillədə başa vuraraq Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər