Mali millisində 7 matça çıxan forvard "Kəpəz"də - RƏSMİ

Mali millisində 7 matça çıxan forvard "Kəpəz"də - RƏSMİ

“Kəpəz” daha bir legionerlə güclənib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi heyətinə yeni forvard qatıb.

Dünən qapıçı İqor Rodrigeslə münasibətləri rəsmiləşdirən "sarı-göylər" bu dəfə malili Adama Niane ilə müddəti mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə bağlayıb.

Qeyd edək ki, 30 yaşlı Niane son olaraq İranın “Nassaji” klubunda çıxış edib. O, daha əvvəl Fransa və Belçikada legioner həyatı yaşayıb. Futbolçu 2017-2019-cu illərdə Mali millisinin heyətində 7 matçda iştirak edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər