Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın "Rakuv" klubuna keçidi rəsmiləşib.
Fanat.Az xəbər verir ki, məlumatı sözügedən Ekstraklassa təmsilçisinin mətbuat xidməti yayıb.
“Rakuv” Mahirin komandaya gəliş anonsunu “Bayati Şiraz” muğamı ilə elan edib.
Emreli Polşa klubuna bir mövsümlük icarə əsasında qoşulub.
Xatırladaq ki, Azərbaycan millisinin üzvü müqavilə ilə Almaniyanın "Kayzerslautern" klubuna məxsusdur.