ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq. 

Fanat.Az xəbər verir ki, son gündə 3 matç baş tutacaq. 

Qazaxıstan "Kayrat"ı Kiprdə "Omoniya"nın qonağı olacaq. Bolqarıstan çempionu "Levski" Rumıniya "Universitetya Krayova"sını qəbul edəcək. 

Günün son qarşılaşmasında isə Albaniya və Sloveniya çempionları münasibətlərinə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, 2-ci mərhələnin cavab görüşləri iyulun 28-i və 29-da olacaq. 

UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsi, ilk oyunlar 22 iyul 

21:00. Omoniya (Kipr) – Kayrat (Qazaxıstan)

21:30. Levski (Bolqarıstan) – Universitetya Krayova (Rumıniya)

23:00. Eqnatia (Albaniya) – Selye (Sloveniya)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər