Kresponun yeni iş yeri bəlli oldu

Kresponun yeni iş yeri bəlli oldu

Argentina millisinin keçmiş hücumçusu Ernan Krespo Meksikanın "Atlas" klubunun baş məşqçisi təyin edilib. 

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

51 yaşlı mütəxəssisin klubla müqaviləsinin təfərrüatları açıqlanmayıb.

Kresponun son iş yeri mart ayında ayrıldığı Braziliyanın "San Paulo" klubu olub.

O, həmçinin "Banfield", "Defensa", "Əl-Duhail", "Əl-Ayn" və "Modena" klublarını da çalışdırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər