Konfrans Liqası: "Zirə" Gürcüstan təmsilçisi ilə qarşılaşır

Konfrans Liqası: "Zirə" Gürcüstan təmsilçisi ilə qarşılaşır

Dünən Çempionlar Liqasında debüt edən "Sabah"ın ardından bu gün daha bir təmsilçimiz avrokubok matçına çıxır.

Fanat.Az xəbər verir ki, "Zirə" Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Torpedo" (Kutaisi) komandası ilə qarşılaşacaq. 

Görüş Sumqayıtda baş tutacaq və 20:00-da başlayacaq.

Oyunu Finlandiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Yani Hüytiya olacaq. 

Komandalar arasında Gürcüstanda keçiriləcək cavab matçı iyulun 16-da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

UEFA Konfrans Liqası 1-ci təsnifat mərhələsi, ilk oyun 8 iyul

20:00. Zirə - Torpedo Kutaisi (Gürcüstan) Hakimlər: Yani Hüytiya, Veli-Matti Leppenen, Yusso Mantere, Peyman Simani (Finlandiya).  Sumqayıt. Şəhər stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər