Komandası məğlub oldu, Murad Məmmədov isə...

Komandası məğlub oldu, Murad Məmmədov isə...

Klubların yeni mövsüm hazırlıqları çərçivəsində keçirilən yoldaşlıq görüşündə Kipr təmsilçisi "Pafos" Slovakiya nəhəngi "Slovan Bratislava" ilə üz-üzə gəlib.

Fanat.Az xəbər verir ki, Bratislavadakı "Tehelne Pole" stadionunda baş tutan gərgin qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Pafos"un heyətində David Qoldar və Biel fərqlənsələr də, bu qollar komandanı məğlubiyyətdən xilas etməyə bəs etməyib.

"Pafos"un heyətinə yeni qoşulan gənc azərbaycanlı futbolçu Murad Məmmədov isə bu qarşılaşmanı kənardan izləyib.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər