Komandası məğlub oldu, Mahir Emreli isə...

Komandası məğlub oldu, Mahir Emreli isə...

Polşa Ekstraklasasının 1-ci turu çərçivəsində "Rakuv" öz meydanında "Visla Plotsk"u qəbul edib.

Fanat.Az xəbər verir ki, gərgin keçən qarşılaşma ev sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli matça ilk 11-likdə başlayıb. Lakin təcrübəli futbolçu görüşün 56-cı dəqiqəsində əvəzlənərək yerini A. Molnara təhvil verib.

Meydanda olduğu müddətdə fəallığı ilə seçilməyə çalışan milli üzvümüzün əvəzlənməsindən sonra da komandası xal itkisindən qaçmağı bacarmayıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər