Klopp rəsmən Almaniya millisində!

Klopp rəsmən Almaniya millisində!

Yürgen Klopp Almaniya millisinin yeni baş məşqçisi təyin edilib. 

Fanat.Az xəbər verir ki, məlumatı Almaniya Futbol Assosiasiyası (DFB) rəsmən açıqlayıb.

"Maynts", "Borussiya Dortmund" və "Liverpul"un sabiq çalışdırıcısı Frankfurtda təşkil olunan tədbirdə rəsmən təqdim olunub.

O, Yulian Nagelsmanı əvəz edib. Nagelsmanın rəhbərliyi altında komanda 2026-cı il dünya çempionatında 1/16 finala yüksəlib və bu mərhələdə Paraqvaya penaltilər seriyasında uduzub. 

Kloppla 2030-cu ilə qədər müddətə müqavilə imzalanıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər