KL: 2-ci mərhələyə 3 oyunla start verilir

KL: 2-ci mərhələyə 3 oyunla start verilir

Bu gün Çempionlar Liqası ilə yanaşı, Konfrans Liqasında da 2-ci təsnifat mərhələsi start götürəcək.

Fanat.Az xəbər verir ki, mərhələnin ilk oyunları üç günü əhatə edəcək.  

Açılış günündə üç qarşılaşma baş tutacaq. "Göteborq" "Levadiya"nı, "Floriana" "Drita"nı qonaq edəcək, "Dyor" isə Lüksemburqda "Atert Bissen" ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Azərbaycanı Konfrans Liqasında təmsil edən "Neftçi" sabah Bakıda "Dinamo Minsk"lə, digər təmsilçimiz "Zirə" isə Estoniyada "Payde" ilə üz-üzə gələcək.

UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsi, ilk oyunlar  21 iyul

21:00. Göteborq (İsveç) – Levadiya (Estoniya) 21:30. Floriana (Malta) – Drita (Kosovo) 22:15. Atert Bissen (Lüksemburq) – Dyor (Macarıstan)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər