"Kəpəz"in yeni kapitanı müəyyənləşdi

"Kəpəz"in yeni kapitanı müəyyənləşdi

Dörd illik fasilədən sonra futbol üzrə Azərbaycan Premyer Liqasına qayıdan "Kəpəz"in kapitanı dəyişib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bundan sonra kapitanlıq sarğısını Tural Axundov daşıyacaq. 34 yaşlı müdafiəçi 2015/2017 mövsümlərində də "sarı-göylər"in kapitanı olub.

Əli Səmədov və Rauf Əliyev isə Gəncə təmsilçisinin vitse-kapitanları olacaq.

Qeyd edək ki, "Kəpəz" ilk turda bu gün "Dalğa Arena"da "Zirə"ni qəbul edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər