“Kəpəz”in viza ala bilməyən legionerləri Antalyada məşqə çıxdılar

“Kəpəz”in viza ala bilməyən legionerləri Antalyada məşqə çıxdılar

Türkiyədə toplanışda olan “Kəpəz” məşqləri davam etdirir.

Fanat.Az xəbər verir ki, son iki gündə Antalyada havanın yağışlı olması hazırlıq prosesinə təsir etməyib.

Futbolçular baş məşqçi Tərlan Əhmədovun rəhbərliyi altında eyni istək və əzmlə çalışırlar. Viza məsələsinə görə Antalyaya səfərləri ləngiyən Ahmed Ayzaya ilə Abdullahi Şuaybu da artıq bu gündən komanda ilə birgə məşqlərə başlayıblar. Onlar düşərgəyə qoşulan kimi səhər hazırlığında iştirak ediblər.

Bu gün axsam saatlarında kollektiv daha bir məşqə çıxacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər