"Kəpəz" futbolusu Əli Səmədovu əvəzedici heyətə göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qərara səbəb vitse-kapitanın potensialından zəif çıxış etməsidir.
Ona görə də Səmədov bir müddət "Kəpəz"in ikinci komandasında oynacaq.
Xatırladaq ki, daha öncə baş məşqçi Tərlan Əhmədov hücumçu Rauf Əliyevi də əvəzedici komandaya göndərmişdi.