"Kəpəz"in rəqibləri müəyyənləşdi

"Kəpəz"in rəqibləri müəyyənləşdi

Mövsümün ikinci yarısına hazırlaşan “Kəpəz”in qış fasiləsində keçirəcəyi yoxlama oyunlarındakı iki rəqibi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, Gəncə təmsilçisi yanvarın 22-də “Turan Tovuz” ilə qarşılaşacaq.  Matç Gəncədə keçiriləcək və saat 14:00-da başlayacaq.

"Kəpəz” digər yoxlama görüşündə Bakıda “Səbail-2” ilə qarşılaşacaq. Bu matç yanvarın 28-nə təyin olunub.

Qeyd edək ki, “Kəpəz” 1-ci divizionda 3-cü sıradadır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər