"Kəpəz"in rəqibləri bəlli oldu

"Kəpəz"in rəqibləri bəlli oldu

İyunun 20-dən etibarən növbəti mövsümün hazırlıqlarını davam etdirən "Kəpəz" bu gün ikitərəfli oyun keçirib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, qərb təmsilçisi qarşıdakı iki həftə ərzində iki sınaq matçı keçirəcək.

Artıq rəqiblər də məlumdur. Belə ki, gəncəlilər iyulun 10-da "Səbail"lə, 14-də isə "Sumqayıt"la gücünü sınayacaq. Paytaxt təmsilçisi ilə görüş Bakı Olimpiya Stadionunda olacaq. "Sumqayıt" ilə oyun isə rəqib meydanında keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər