"Kəpəz"in qapıçısı da getdi

"Kəpəz"in qapıçısı da getdi
Sergey Litovçenko "Kəpəz"dən ayrılıb.
Fanat.Az xəbər verir ki, bu barədə ukraynalı qapıçı ölkəsinin mətbuatına açıqlamasında xəbər verib. O bildirib ki, hazırda azad agentdir və yeni komanda axtarır:
"Kəpəz"i tərk etməyim doğrudur. Hazırda azad agent statusuna malikəm. Yeni komanda axtarmaqla məşğulam. Karyeramı harada davam etdirəcəyimi bilmirəm. Fərqli variantları nəzərdən keçirirəm. Həm Ukrayna, həm də ölkə xaricindən təkliflərim var. Ancaq hələlik dəqiqləşən nəsə yoxdur. Görək, necə olacaq".
Qeyd edək ki, Litovçenko qış fasiləsində "Kəpəz"ə keçmişdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər