“Kəpəz”in məşqində Xocalı faciəsi anıldı

“Kəpəz”in məşqində Xocalı faciəsi anıldı
Bu gün "Kəpəz”in əsas komandasının məşqindən öncə 26 fevral Xocalı faciəsi yad olunub. 
Fanat.Az xəbər verir ki, komanda üzvləri soyqırım nəticəsində həlak olanların əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar. 
Baş məşqçi Yaşar Vahabzadə faciə haqda danışarkən, Xocalının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu bildirib. O, 28 il öncə yaşanan hadisələrin erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş vəhşi cinayət kimi yadda qaldığını vurğulayıb. Bu səbəbdən də Xocalı qətliamının XX əsrin faciəsi adlandırıldığını qeyd edib.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər