"Kəpəz"in məşqçisi diskvalifikasiya edildi - SƏBƏB

"Kəpəz"in məşqçisi diskvalifikasiya edildi - SƏBƏB

Azərbaycan Premyer Liqasının XI turunda “Turan Tovuz”la səfər oyununda hakimləri təhqir edən “Kəpəz”in analitiki İlkin Verdiyev AFFA İntizam Komitəsi tərəfindən diskvalifikasiya olunub.

Fanat.Az xəbər verir ki, matç bitdikdən sonra referilərin ünvanına nalayiq ifadələr səsləndirən məşqçiyə ikisi şərti olmaqla 5 oyunluq cəza verilib.

Ona 3 aylıq sınaq müddəti təyin edilib. Analitikin davranışı gəncəliləri 4000 manat ziyana salıb.

Bundan başqa, görüşdə 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” daha 700 manat cərimələnib.

Qeyd edək ki, oyun “Turan Tovuz”un 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər