"Kəpəz"in hücumçusu üçün il erkən başa çatdı

"Kəpəz"in hücumçusu üçün il erkən başa çatdı
"Kəpəz”in futbolçusu Fərid Məmmədov ciddi zədə alıb.
Fanat.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, gənc hücumçu qış fasiləsinə kimi müalicə olunacaq.
Bir müddət öncə MRT müayinəsi zamanı Məmmədovun dizin yan kollateral bağında qismi qopma və menisküsda ikinci dərəcəli degenerasiya aşkar olunmuşdu. Zədə ağır olsa da, cərrahiyə əməliyyatına ehtiyac duyulmayıb. Fəridin müalicə prosesi 20 gün davam edəcək. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər