“Kəpəz”in gedənləri qayıtdı

“Kəpəz”in gedənləri qayıtdı
Noyabrın 18-də Gəncədə "Səbail” ilə qarşılaşacaq "Kəpəz” qarşıdakı oyuna hazırlığın Bakı hissəsini başa vurub. Fanat.Az xəbər verir ki, komanda bu gün keçirdiyi çalışmalarla paytaxtdakı məşqləri tamamlayıb.
 
21 yaşadək futbolçulardan ibarət yığma komandanın tərkibində olmuş İlyas Səfərzadə ilə İlkin Sadıqov dünəndən artıq düşərgəyə qoşulub. Hər iki futbolçu hazırlıq prosesində iştirak edir.  
 
Qeyd edək ki, "sarı-göylər” matç öncəsi sonuncu məşqi sabah Gəncədə keçirəcək. Hazırlıq prosesi saat 16:00-a təyin olunub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər