"Kəpəz"in futbolçuları bu tarixədək istirahət edəcəklər

"Kəpəz"in futbolçuları bu tarixədək istirahət edəcəklər

"Kəpəz"in qış planı bəlli olub.

"Sarı-göylər"in sözçüsü Azad Mustafayevin Fanat.Az-a verdiyi məlumata görə, futbolçular 10 gün istirahət edəcəklər.

İstirahət imkanından istifadə edən bəzi legionerlər Yeni il bayramı ilə əlaqədar ölkələrinə gediblər. Komanda çempionatın ikinci hissəsinə hazırlıq üçün yanvarın 4-də Gəncədə toplaşacaq.

Qeyd edək ki, "Kəpəz" 18 turdan sonra 14 xalla 9-cu pillədə mövqe tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər