"Kəpəz"in daha bir məşqçisi müəyyənləşdi

"Kəpəz"in daha bir məşqçisi müəyyənləşdi
"Kəpəz"in baş məşqçisi Şahin Diniyevlə yanaşı, qapıçılarla işləyən məşqçi Nadir Şükürov da postundan ayrılıb. Fanat.Az aut.az-a istinadən xəbər verir ki, artıq komandanın yeni məşqçisi müəyyənləşib.
Məlumata görə, "Kəpəz"də qapıçılarla işləyən məşqçi funksiyasını bundan sonra milli komandamızın sabiq üzvü Hüseyn Məhəmmədov yerinə yetirəcək. O, yeni baş məşqçi Yunis Hüseynovun köməkçisi olacaq.
Qeyd edək ki, Hüseyn Məhəmmədov 1996-2000-ci illərdə həmin vaxt "Gəncə" adlanan komandanın formasını geyinib. O, 1997/98 və 1998/99 mövsümlərində bu komanda ilə Azərbaycan çempionu, 1996/97, 1997/98 və 1998/99 mövsümlərində ölkə kubokunun qalibi olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər