"Kəpəz"in braziliyalısının zədəsi ciddi çıxdı

"Kəpəz"in braziliyalısının zədəsi ciddi çıxdı

"Kəpəz” "Səbail”lə oyun ərəfəsində itkiylə üzləşib.

 

Fanat.Az-a klubdan verilən məlumata görə, ötən tur "Qarabağ”la oyunda zədə alan Dieqo Souza Topaz Premyer Liqasının debütantına qarşı oynaya bilməyəcək. Gəncə təmsilçisinə bu ilin yanvarında qoşulan braziliyalının zədəsinin ciddi olmayacağı güman edilsə də, ağrılar hiss edən futbolçu sıraya dönə bilməyib. MRT müayinəsindən sonra "sambaçı”nın durumuna tam şəkildə aydınlıq gələcək.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər