“Kəpəz”in baş məşqçisi müəyyənləşdi

“Kəpəz”in baş məşqçisi müəyyənləşdi

Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev məşqçilik fəaliyyətini bərpa edir. Fanat.az apasport.az-a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis gələn mövsümdən Topaz Premyer Liqasında mübarizə aparacaq “Kəpəz” klubunun baş məşqçisi təyin edilib.

 

Məlumatı Gəncə təmsilçisinin prezidenti Mehman Allahverdiyev də təsdiqləyib: “Bəli, Şahin Diniyevlə görüşdük, anlaşdıq. Komandamız ən azından ilk “altılıq” uğrunda mübarizə aparacaq”.

 

Qeyd edək ki, Şahin Diniyev artıq bir dəfə “Kəpəz”də çalışıb. O, 2004-05-ci illərdə “Gəncə” adını daşıyan komandaya rəhbərlik edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər