"Kəpəz" avtobusuz qaldı - FOTO

"Kəpəz" avtobusuz qaldı - FOTO
"Kəpəz"in istifadə etdiyi avtobus klubdan alınıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin ailəsinə məxsusdu. Bir müddət əvvəl Elmar Vəliyev işdən azad olunub. Daha sonra isə oğlu Elmir Vəliyev "Kəpəz"in Müşahidə Şurasının sədri vəzifəsindən ayrılıb. Klubla əlaqəsi kəsilən Vəliyevlər ailəsi bir neçə gün əvvəl avtobusun təhvil verilməsini tələb etmişdi.
 
"Kəpəz" avtobusuz qaldı - FOTO
 
Qeyd edək ki, "Kəpəz" faktiki rəhbərsiz qalıb. Elmir Vəliyevdən sonra icraçı direktoru Elnur Camalxanov da postundan ayrılıb. Hazırda klubun rəisi vəzifəsini utan Ruslan Nağıyev isə yalnız kağız üzərində səlahiyyətlərini icra edir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər