“Kəpəz”in 6 il gözlədiyi seriya

“Kəpəz”in 6 il gözlədiyi seriya

“Kəpəz” Premyer Liqada ardıcıl ikinci qələbəsini qazanıb. 

Fanat.Az xəbər verir ki, XXIII turda “Şamaxı”nı 3:2 hesabı ilə məğlub edən Tərlan Əhmədovun yetirmələri XXIV turda “Sumqayıt”a qalib gəlib – 2:1.

Gəncə təmsilçisi Premyer Liqada 6 ildən sonra ardıcıl iki qələbə qazanıb. “Kəpəz”in sonuncu belə uğuru 2016/17 mövsümünə təsadüf edib. 2017-ci ilin aprelində qərblilər ardıcıl 4 matçda üç xal qazanıb. Gəncəlilər 2017/18 mövsümündə və cari çempionatın əvvəlki turlarında iki qələbədən artıq seriyaya imza atmayıb. Sumqayıtdakı oyun həm də “Kəpəz”in qol vurduğu 400-cü matç kimi tarixə düşüb. Yalnız üç komanda daha çox görüşdə fərqlənib. Bunlar “Qarabağ”, “Neftçi” və “Şamaxı”dır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər