"Kəpəz"ə sponsor tapılıb? - Klubdan açıqlama

"Kəpəz"ə sponsor tapılıb? - Klubdan açıqlama

"Kəpəz" klubuna yeni sponsor tapıldığı barədə məlumat yayılıb. Deyilənə görə, qərb təmsilçisinə "F-Holding" sponsorluq edəcək.

Fanat.Az xəbər verir ki, Gəncə klubu bu yöndə açıqlama yayıb: 

"Klub rəhbərliyi olaraq Futbolun İnkişafı Fondu ilə birgə çalışıb "Kəpəz"ə sponsor tapılması üçün fəaliyyət göstəririk. Bu, bizim və fond rəhbərliyi üçün hazırda ən prioritet məsələdir. Həm birlikdə, həm də ayrı-ayrı olaraq müxtəlif səviyyələrdə görüşlər keçirilir, müzakirələr aparılır. İş adamları, şirkətlərlə danışıqlar olur. Təəssüflər olsun ki, hələ müsbət yöndə irəliləyiş yoxdur. İstər klubumuz, istərsə də FİF tərəfindən ayrı-ayrı şirkət təmsilçiləri klubun mövcud səraiti ilə tanış olmaq üçün bazaya dəvət olunurlar. Növbəti belə görüş keçirilib. Ortada hər hansı bir razılıq əldə edilməyib. Sadəcə bazaya baxış olub. Təbii ki, kluba sponsor tapılarsa, biz buna yalnız sevinə bilərik. Çünki məqsədimiz Gəncə futbolunu layiq olduğu yerə qaldırmaqdı".  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər