"Kəpəz"ə qələbə qazandıran qol tarixə düşdü

"Kəpəz"ə qələbə qazandıran qol tarixə düşdü
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Sabah”la səfər matçında "Kəpəz”in futbolçusu Əli Səmədovun vurduğu qol Gəncə təmsilçisi üçün ikiqat yubileylə əlamətdar olub. 
Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, komandasına 2:1 hesablı qələbə və 1/4 finala vəsiqə qazandıran bu top həm yarışda, həm də səfərdəki yubiley qolu olub. 
Qərblilər ölkə kuboku tarixində 180-ci qoluna imza atıb. "Kəpəz” bu göstəricidə yalnız üç komandadan - "Qarabağ”, "Neftçi” və "Bakı”dan geri qalır. 
Əlinin qolu həm də səfərdəki 70-ci uğur olub. Gəncəlilər yalnız iki komanda - yarışın ən titulluları olan "Qarabağ”la "Neftçi”dən az fərqlənib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər