"Kəpəz" klubunun sabiq prezidenti Rza Məmmədov dünyasını dəyişib.
Bu barədə Fanat.Az-a Gəncə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Rza Məmmədov 1990-cı illərin sonlarında bölgə təmsilçisinin prezidenti olub. "Kəpəz" onun dönəmində - 1997/1998 mövsümündə ölkə kubokunu başı üzərinə qaldırıbsa, 1998/1999 mövsümündə Azərbaycan çempionatının qızıl medallarını qazanıb.
