I Divizion təsilçisi "Kəpəz” yeni transferini həyata keçirib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi "Zaqatala”nın hücumçusu Bəhruz Teymurovu heyətinə qatıb.
Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, ötən mövsüm "Zaqatala”nın heyətində 14 qol vuran Bəhruz Teymurov bombardirlər sırasında ikinci olub.