“Kəpəz”dən Serbiya klubu ilə heç-heçə

“Kəpəz”dən Serbiya klubu ilə heç-heçə

“Kəpəz” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti sınaq matçını keçirib.

Fanat.Az xəbər verir ki, Tərlan Əhmədovun baş məşqçi olduğu komanda Serbiyanın “Novi Pazar” kollektivi ilə üz-üzə gəlib.

Bakı vaxtı ilə saat 16:00-da başlayan oyunda qapılara qol vurulmayıb.

Qeyd edək ki, gəncəlilər Antalyadalı ilk oyunda Macarıstanın "MTK Budapeşt" komandasını 1:0 hesabı ilə məğlub etmişdi.

“Kəpəz” yanvarın 18-də daha bir oyun keçirəcək. Qərb təmsilçisi son sınaq matçında Qazaxıstanın "Kaysar" klubu ilə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər