"Kəpəz"dən qazilərə jest

"Kəpəz"dən qazilərə jest

Bu gün yeni mövsümdə ilk oyununu keçirən I Divizion klubu "Kəpəz" "Qəbələ-2" ilə oyundan əvvəl gözəl jest edib. Fanat.Az xəbər verir ki, oyunda topa ilk zərbəni qazilər vurub.

Vətən Müharibəsi iştirakçıları - "Kəpəz"in sabiq futbolçusu Talib Bayramov və sadiq azarkeşlər Sərxan Yolçuyev ilə Tural Xanəliyev tamaşaçıların alqışları ilə meydanın mərkəzində topa ilk toxunuşu ediblər. Qeyd edək ki, hazırda davam edən oyunda hesab açılmayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər