"Kəpəz"dən növbəti transfer - RƏSMİ

"Kəpəz"dən növbəti transfer - RƏSMİ

"Kəpəz" növbəti transferini gerçəkləşdirib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi müdafiəçi Elvin Yunuszadənin keçiridini rəsmiləşdirib. 

29 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

"Kəpəz"dən növbəti transfer - RƏSMİ

"Qarabağ", "Neftçi", "Sabah", "Səbail", Şimali Makedoniyada "Şkupi", Bosniya və Herseqovinada "Çelik"də çıxış edən futbolçunun son iş yeri "Şamaxı" olub. O, ötən mövsümün sonlarından "Kəpəz"ə qoşularaq komanda ilə məşq edirdi. 

Qeyd edək ki, "Kəpəz" bundan əvvəl Tural Axundovu heyətinə cəlb edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər